Qax Dövlət Kukla Teatrına yeni direktor təyin olunub

Qax Dövlət Kukla Teatrına direktor təyinatı olub.Mədəniyyət Nazirliyindən "OLAYLAR"-a verilən məlumata görə, nazir Anar Kərimovun müvafiq əmri ilə Seymur Namazəli oğlu Vəliyev (Seymur Elsevər) teatra yeni rəhbər təyin edilib.

Seymur Vəliyevi kollektivə İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Könül Cəfərova və həmin sektorun məsləhətçisi Günay Hümbətova təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31