Eyyub Yaqubovun konserti keçiriləcək

"Sound pro" media qrup, uzun illər sonra paytaxtımızda yaradılan "Big band sound pro"-nun müşaiyəti ilə Eyyub Yaqubovun konsertini həyata keçirdəcək.

Olaylar.az xəbər verir ki, gecədə Dövlət Televiziyasının solisti, eyni zamanda "Big band"ın bədii rəhbəri, Fuad Musayev və qrupun solisti Natavan Cəbizadənin canlı ifaları da yer alacaq. Musiqili gecə 20-21 iyul, saat 20:00 da " Yaşıl teatr"da baş tutacaq.
Qeyd edək ki, Fuad Musayevin bədii rəhbəri olduğu "Big band" noyabr ayında Şəhriyar adına mədəniyyət mərkəzində iki gün, fevral ayında Heydər Əliyev sarayında dörd gün, 14 fevralda isə Gəncə Flarmoniyasında böyük konsert proqramı ilə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31