. Üzqarası ağsaqqal
24 İyun 2022 11:20 MədəniyyətGördüyümə peşman oldum bu səhər,
Ahıl insan aqillikdən dəm vurur.
Sürüçünü qızışdırıb birtəhər,
Dava üçün min-bir fəsadlar qurur.
***
Sanki kəhər ata salıbdır yəhər,
Zəhərli qamçıyla hər yana vurur.
Bayaqdan içdirir hər kəsə zəhər,
Ədalı sözlərlə hamını yorur.
***
Məəttəl qalıbdır bu əhli- şəhər,
O isə, hörümçək torların burur.
Haqqısevənləri tutubdur qəhər,
Fitnə-fəsadıyla üzlərə durur.
***
Ağ saçdan utanır söz deməyənlər,
O, ağsaqqallığın tamam unudur.
Beləsi anlamır sonda bezərlər,
Üzünə tüpürüb, "itil" - deyərlər.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31