“Yazıçılar Birliyinin sədri Elçin Mirzəbəyli olsun” - TƏKLİF

Anar Yusifoğlu təkliflə çıxış edib

Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında qurumun yeni  sədri seçiləcək. Yazıçılar, ədəbi birliklərin təmsilçiləri indidən öz namizədlərini irəəi sürürlər. Xalq yazıçısı Anarın təkrar AYB-yə sədr seçiləcəyi güman olunsa da, hər halda seçkilər alternativ qaydada keçiriləcək. Tanınmış jurnalist, köşə yazarı Anar Yusifoğlu istedadlı şair Elçin Mirzəbəylini AYB-nin sədri görmək istədiyini deyib. Şairin kitabının təqdimat mərasimində köşə yazarı "Elçin Mirzəbəylidən yaxşı Yazıçılar Birliyinin sədri olar" deyib. Anar Yusifoğlunun Azərbaycan Yazıçılar Birliyinin qurultayında da Elçin Mirzəbəylinin namizədliyini dəstəkləyəcəyi ehtimal edilir. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31