Ümid çırağı
17 İyun 2022 10:34 MədəniyyətŞərəflə yaşadım mən bu dünyada,
Namusum, qeyrətim qazancım oldu.
Oğul, qız böyütdüm, onlar həyatda,
Qaranlıq dünyamda çırağım oldu.
***
Kədəri gizlədib, sevinci böldüm,
Yoxumu gizlədib, varımı böldüm.
Ac yox, tox bilsin dostum-düşmənim,
Düşünərək daim, ucalıq gördüm.
***
Bəxtəvər sandılar məni düşmənlər,
Məni sevindirdi belə "hörmətlər".
Nadan, cahillər ki, qanan deyillər,
Tənhalıq xiffətin hardan bilsinlər?
***
Həyat keşməkeşli, həyat alışqan,
Mən də öyrəşmişəm olum çalışqan.
Tanrım dəyər verər şükr edənlərə,
Mən də taleyimlə oldum barışqan.
***
Ümidlə yaşasan, xeyir taparsan,
Ümidlər son ucda puç olub, gedər.
Ümid şöləsindən nur alan insan,
Gələcək uğura tuş olub gedər.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist.