Arzularım

Qoy dərdli unutsun öz dərdlərini,

Ancaq unutmasın öz mərdliyini.

Nurlu düşüncələr dost əllərini,

Açsın şəfəq saçan xoş səhərini.

***

Həsrətli tapsın öz həsrətlisini,

Qoy, açsın öz sirli düyünlərini.

Qoy, açsın qırxıncı dərbəndlərini,

Qoymasın qəlbində öyüdlərini.

***

Arzum bitmir, doğur arzularını,

Xəfif, kövrək, xırda ulduzlarını.

Xoş niyyət bildirən duyğularını,

Paylaşır hər kəslə uğurlarını.

Əlibalayeva Gülnarə

Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31