Rəqabət kinomüzun inkişafına təkan verəcək
22 İyun 2012 17:16 MədəniyyətAzərbaycanda yeni yaradılmış Kinematoqraçılar İttifaqının yaradıcı heyəti qurumun gələcək fəaliyyətini müsbət dəyərləndirdi, onun yaradıcı təşkilat kimi formalaşacağına əminliklərini ifadə edirlər. Kinorejissor Ramiz Fətəliyev "Olaylar"a bildirib ki, istənilən sahədə rəqabətin olması həmin sahənin inkişafına müsbət təsir göstərir: "İstərdim ki, yeni yaradılan qurumun ölkədə kinonun unkişafına xeyri olsun. Bu halda yeni qurumun fəaliyyətinə müsbət baxmaq lazımdır. Xeyri olmayacaqsa, yenə də həmişəki kimi olacaqsa, onun yaranmasının heç bir əhəmiyyəti olmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31