Sadıq Qurban oğlunun “Sahilsiz Təzadlar” romanı Moskvada rus dilində nəşr edilib-FOTO
1 İyun 2022 13:20 MədəniyyətAzərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının üzvü, "Qızıl kəlmə" mükafatçısı, Prezident təqadüçüsü qarayev Sadıq Qurban oğlunun "Sahilsiz Təzadlar" romanı Moskvada rus dilində nəşr edildi.
Elmi, fəlsəfi, dedektiv janrda yazılmış iri həcmli ( 650 s) bu kitabın xarici dildə nəşri müstəqillik dövrü ədəbiyyatımız üçün nadir və faydalı hadisədir.
Kitaba Azərbaycandan Akademik İsa Həbibbəyli ön söz, mərhum görkəmli alimimiz Telman Əliyev rəy, Rusiyadan Tibb elmləri doktoru, Professor Seyfəddin Mərdanlı və Professor Vladimir Pomazanov Roman haqqında öz fəlsəfi düşüncələrini yazıbıdırlar.
2014-cü ildə nəşr edilmiş Sahilsiz Təzadlar romanında bir sıra elmi-fəlsəfi ideyaları ilə yanaşı, azərbaycançılıq məfkurəsi, torpaqlarımızın azad edilməsi. Şuşanın beynalxalq mədəniyyət və elm mərkəzinə çevrilməsi, sürətli bərpa işlərinin aparılması mülahizələri də öz əksini tapıb, hansı ki indi xalq-ordu-dövlətin birliyindən yaranan "dəmir yumruq" sayəsində gerçəkləşib.
Kitabın redaktorları: Dilarə Məmmədova (filo.üzr.f.d., dosent)
Azər Elşadoğlu
Esmira Fərəcova
Rəssam: Vasif Səftərov
Dizayner: Nəzrin Qarayeva
Rus dilinə tərcümə edən: Leyla Qədirzadə.

