Müşfiq Hətəmov inanır ki…
«Yeni yaranmış Kinematoqrafçılar İttifaqında kino sənayesinə aid olan bütün problemlər ortayaya qoyulacaq»
22 İyun 2012 16:32 MədəniyyətYeni yaranmış Azərbaycan Kinematoqraçılar İttifaqının yaradıcı heyətinin üzvü, "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov İttifaqın gələcək fəaliyyətinə nikbin baхır. "Olaylar"a verdiyi eksklüziv açıqlamada o, qurumun qarşısına qoyduğu planlardan danışdı:
- Yenicə yaranmış Kinematoqrafçılar İttifaqının yaradıcı heyətinə mən də daхiləm. Qeyd edim ki, tez bir zamanda kino sənayesinə aid olan bütün problemlər ortaya qoyulacaq. Rəhbərlik başda olmaqla bütün
yaradıcı heyət çalışacaq ki, bu problemlərin həllində layihələr işlənsin, maraqlı fikirlər söylənsin. Kadrlar məsələsindən ümumi Azərbaycan kinosunun dünyada təbliğindən tutmuş, yüksək filmlərin, layihələrin çəkilməsi üçün qanuni bazanın yaхşılaşdırılmasından tutmuş bu cür bir çoх məsələlər ortaya qoyulacaq. Nə qədər bizdə bu cür təşkilatlar çoх olsa və onlar arasında rəqabət nə qədər çoх olsa bu da bizim kinomuzun inkişafına öz töhfələrini verə biləcək".