“Bu pulla ancaq cizgi filmi çəkmək olar”- Deputat

Deputat Rüfət Quliyev dövlət büdcəsindən kino sahəsinə ayrılan pulun azlığından şikayətlənib."Olaylar" xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı danışıb. Deputat qeyd edib ki, Azərbaycanda kino çəkmək üçün hər il dövlət büdcəsindən 5-6 milyon manat vəsait ayrılır: "Həmin pulla isə indi ancaq cizgi filmi çəkmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31