Gəlirlər
27 May 2022 14:21 MədəniyyətHəyat çox qəribə, insan müxtəlif,
Kimi dar, kimi şad gündə gəlirlər.
Dar günə ağlayan, şad günə gülən,
Az imiş dünyada, keyfə gəlirlər.
***
Dar günün dostları, elə bir sinif,
Açıq-aşkar, əhdi-kama gəlirlər.
Şad günün dostları edirlər təklif,
Yeyib, içib, şənlənməyə gəlirlər.
***
Canyanar insanın qəlbi çox zərif,
Dostcasına dəstəkliyə gəlirlər.
Dəstəklərin göstərirlər çox xəfif,
Son tikəsin bölüşməyə gəlirlər.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31