İşdir

  Məktəb illərində bu fikri daim bizə aşılayan

  müəlliməm Nəcibə xanımın xatirəsinə.

Bilməyib, soruşub, öyrənib, bilmək,

Aqil insan üçün cəsarət işdir.

Soruşmayıb, öyrənməyib, bilməmək,

Hər bir insan üçün qəbahət işdir.

***

Bilib, qürrələnib, bilirəm demək,

Həddindən artıq cəhalət işdir.

Bilib, öyünməyib, "öyrənim"- demək,

Müdriklər içində ləyaqət işdir.

                                                                              Əlibalayeva Gülnarə

                                   Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31