Yunus Oğuz yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə Yunus Oğuz yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Olaylar.az xəbər verir ki, məktəbin kitabxana müdiri Minayə Əzimovanın təşəbbüsü ilə keçirilən tədbirdə məktəbin direktoru Svetlana Nəbiyeva, kitabxanaçı Fəxriyyə Səfərova, Azərbaycan dili-Ədəbiyyat müəllimi Vəsilə Həsənova, Günel Cəfərova, riyaziyyat müəllimi Kifayət Məmmədova və 9-cu sinif şagirdləri iştirak ediblər.
Tədbirdə əsasən yazıçı-publisist Yunus Oğuzun "Uçurum" romanı müzakirə edilib. Şagirdlər roman haqqında fikirlərini bildirib, bir-biri ilə sual-cavab qismində diskussiya aparıblar. 
Eyni zamanda, tədbirdə iştirak edən müəllimlər əsərin əsas mövzusu olan əsrin bəlası narkomaniya haqqında şagirdlərə maarifləndirici məlumatlar veriblər.
Həmçinin, tədbirdə məktəbin 10A sinif şagirdi Mehrəliyeva Aysunun çəkdiyi "Uçurum" kitabının rəsmi nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31