Kiminlə araya hasar hörmüşəm,
Bilin, kərpicini o özü verib.
Namərdin dostluğun yasaq görmüşəm,
Bu yasağı mənə, öz sözü verib.
***
Bununla heç kəsi itirməmişəm,
Layiq olmayana Allah hökm verib.
Heç vaxt Tanrıya şək gətirməmişəm,
Odur ki, ruzimi O, özü verib.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist