Tursun Əlinin şeirləri...

Tursun Əli - 5 fevral 1952-ci ildə Fərqanə viləyetnin Qüvə rayonunda anadan doğulub. 

Daşkənd Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

"Ürəkdəki sözlər" (1983), "Parlaq günlər" (1985), "Əzab astanası" (1992), "Gecənin səsi" (1993), "Mənim tənhayim" (1995), "Oyaq sükut" (1999), "Hisslərin rəngi" "(Seçim, 2001), "Səssiz qışqırıq "(2005) kimi bir nəcə kitabları çap olunub.

PAEZİYƏ

Paeziyə,

sən ən parlaq göy qurşağısan,

sehrli gözəlliyin göstərən hər an. 

zəng etirsən 

sanki mənim ulduzum,

mənim teleyimde

isiğli mələk.

Sənsiz

qara olar ağ günüm,

Sənsiz

ürək deyil sinəmdə ürək.

VƏTƏN

Gözlərimin

hissi

nurinda,

ürəyimin

dərin

ərində,

nəzarətsiz

xəyalımın genişliyində,

ömrümün

ildırımlı

addımlarında,

sən varsin

sən varsin

Hey, vətənim!

* * *

Üfüqlərə əl verib

uzanan gəniş

yaşıl mahnılarda

pıçıldayır ot.

Gülümşeyir şən güllər,

nava eder bülbüllər.

Üular oynayır qaranquş kimi.

Gənişlər qoynunda

ürəyimdən böyüyür

dayanmayan qanadlar

sanki...

* * *

Vətən hesab edir dağları ancaq,

qayadan qayaya sıçrayan ahu,

Firtina olsa da dağlarin üstü,

ülgüc bədənini deşirdi bu cağ.

Məkanın hörmətlər ahu hemi gün,

Teleyi gözinə verməs göz yaşı,

Niyə tərk etmes həç o bunda daği,

ürəyi dağları məkan olan çün....

* * *

Ölkəmə gəlməmiş hələ də payız,

Uçub gedeni yox hələ də həç quş.

Hələ ağacları bəzər yarpaq də,

Tarlalarda hələ işıq yanar bu cür. 

Hələ təpələrə donmur buz-qirav,

yayin nəfəsinə qarişar nəfəs.

Çaylar rəks ederken ucadan uca,

ürəyim günəşə gömülür yavaş.

* * *

Günəşə gedən yol,

onda izlər çox.

Ilan,

Siçovul izləri.

Qurd,

qoyun izləri.

Qan,

Fəryad,

karvan izləri.

Günəşə gedən yol,

Onda izlər çox.

Turfa rəng.

Ağ,

qara,

qırmızı,

hər hil izlər var.

Günəşə gedən yol,

Onda izlər çox.

Çirkin,

yaltaqlıq

iyrənc izləri

Gəçib getir

ürəyimdə yatan

ədalət,

vicdan,

həqiqət izləri.

VISOL

I

Hər tərəfdə gözəllik, çiray,

isiğ kimi sən gələrsənki.

İpək köynək geyir burda Ay,

rəqabətə hazir o sanki.

Əlin tutdum qorxu içində,

Saçlarını oynayır külək.

Gözlərində mehribanlıq ve

duyğulara doludu ürək.

Çimə batdıq ikimiz, sonra

ulduzlardan alamirsən göz.

Ehtirasla qaynayıram mən,

Saçın tarayacağam bəsöz...

Ay gelerken sükut atinda,

uzatırsan əllərini boş.

Süzürəm süst gəçənin dadin,

son gedecem səhəre sərxoş.

II

Eyni o gün...

Sən gəldin sanki bir ay kimi dolub.

qara çay kimidir uzun saçlarin

sinəndə suzurdu limmo-lim olub.

Unutdum,

özümü itirdim sonra

bədənim basdırdı o dalğa saçlar

mən boğuldum eyni qara çayda...

RAUF PARFI

Ay işiqsiz, neden, bu qədər?

Yanib bitən od üzlərini

Sanki kül tək - qarışıq?

Bir sözüm işqində

vücudum yanərkən, inan, qışqırıb.

Ay ölmüşsə işiqsiz gözün

hansi yerə dikmiş.

Ay, Ay,

xahiş edirəmki, gel.

yanan bədənimdən götür min alov.

Sonra işığlantir

dünyanın qaranlıq gecələrini.

İşiğlantir,

insanların qaranlıq daxmalarini.

İşiğlantir

hansidir adamlarin ürəylərini 

Ay, Ay,

Bax, sözümün ümidi ilə

hər səyim yanmaxda, gəl, mənə inan.

HÜRRIYƏT

Gəl, can quşum, canım quşum, gəl,

qucaqlayacağam səni, gəl, indi bu vaxt.

Yavaş-yavaş basırəm lələklərini,

Ey, qanadlari qanli

ürəyi ləkəli

uzun müddət qəfəsdə yaşayan quşum,

gəl, məni qucaqla,

ürəyim bir azad olsun, gəl.

Səni azad görə bilməyənlər haqqı,

Sızlamağına qulaq asa bilməyənlər haqqı,

Səni qucaqliram, bir gəl, can quşum.

HƏZIN SƏDA

1

Sən mənim yanımda deyilsən, yoxsan,

narahatlıq külbəsi içrə

gecəm ağaradi, günüm qaranliqlaşar.

2

Vücudumdan tökülür titrəq,

səsim qırılır yağış damcıları tək,

ürəyimi açdım sənə, sevgilim.

3

Səni sevirəm, dedim,

ağır batdımı, söylə,

üreyimin kədərli səsi.

4

Gedək, hər gün bir sənle

inan, könlüm kimi

ünvan da yaxın.

* * *

Həyətdə payızlə dayanıram tək,

küləklər başını basır sinəmə.

Altimda qarğalar səs verir uzun,

ey sən, qoca ürək, qoy, həç ah çəkmə.

Həyat bəzən xoşbəxt, bəzən kederli,

Qışa giririk açib geniş bir qucaq.

Payızdan köçür o bir kran kimi,

həyatdan - bizlər də köçəri səyyah.

* * *

Ürəyimdə ağlar vətənim...

Aybek

Bütün bədənimi əzərken soyuq,

Danışmağa imkan yox,

dilim də dondu.

Daha soyuqlaşır hər tərəfim də,

Bilmirəm, nə qədər davam edər bu?

Ah, 

halima baxıram indi kədərli,

dişim üyüdülür,

kirpiklərdə yaş.

Ağ çadır tikmişdi sərhədsiz gündüz,

hər halda

Amansızca nəyzə sənçər mənə qiş. 

Bəzən külək,

Bəzən toz,

Bəzən dalğada

Ürəyim sükütün içində indi.

Qaranlıq qışda zəif bir mən deyil,

ağlayır

qəlbimdə bilmirəm, kimdir...

* * *

Yaşıl ağaclarla örtülmüş bir künc,

Sənin üçün çoxlu darıxmışam mən.

Burda bir zamanlar, süst olan eyni -

Mən sənin aşiğin, en kədərli, en...

Yolumda çəçəklər kəçər indi şad,

Sərxoş ede rəngli çiçəklər ətri.

Günəş gülüşlə parladı,

Qarşimda söyleyecek min quş da mahni.

Kəpənək çiçəkdən çiçəyə köçür,

ləçəklərdən uçar qırmızı böcək.

Ruhumda canlanar həlavət bu an,

Təbiətin qoynunda gəzirəm mən tək...

* * *

Bahar.

Qəhvəyi səmada bulud karvanı.

Birdən axtarmağa başladım burda

özleyenim kranlar səsin. 

Ağacları tam çiçəklənən bağda,

otun üstünə uzanib

bir anlığa sənə getdim, Gəncliyim.

Alma gülün qoxusunu qoxladim,

Qucaqladim albalı çiçəyini.

Həmədən fərqlisən, həmişə, Gülüm!

* * *

Eyni sabahlarda yırtılır quşlar,

Ağaclar gözlərini açarken bu an.

Tozumlu,

darbadar,

rəngarəng duşlar,

göy okeanında üzanan günəş.

Şulələr pıçıldab oxurken kitab,

niyə şair ürək qaralıq, donuq?

O, varlıq məvcudat oyaqdır, amma

Mən həç istəmirəm oyanmaq.

Ürəyim parçalar adsiz bir kədər...

* * *

Də, sağmisin,

gözəl kəpənək,

gəl,

çiçəklənən qanadını tut,

gözlərimə sürtürəm səvib.

Kəpənəğim,

necə də gözəl,

sənlə tanışmaq ne kadar da xoş,

məndən uzaqlaşma artıq həç zaman,

sinəm də çəvrilir çiçəyə mütləq.

PAYİZ RUHİYƏTİ

Əncir ağacının kölgəsində sərçələr,

ancaq, sən də

payız gəldiyini gördünmü, söylə?

Karatolu əhatləyən qırış,

budaqlar əyilib piş,

dibində solğundu mənim də üzüm.

Qapını açıram mən indi həstə,

çiynimə qönədi qara bir külək,

Boğazımda ağrıyır səda.

Sarımtıl ağaclar arasında

xəstə kimi ağlar hər anda külək,

bu bağdan keçirəm ağaç kimi tək.

Quşlar qanadında oyanir qorxu

qırıq yarpaqların ancaq səsi var

Dünya doludu gurultu.

* * *

Gecə yarısı...

Qara payız qoyununda qaralmış yarpaq,

qaranlıq küləklərə sinəsin tutub,

həmi səsilə

yuxudan oyatar qara dünyayi.

Gecə yarısı...

Qara payız qoyununda qara ilan -

külək

sürünər hələk.

Ürəkdə vahimə fırtınasi çox,

ətrafa baxıram indi tək...

Gecə yarısı...

Qara payız qoyununda can verer yarpaq,

haraya düşdü o cansiz, nəcatsiz?

İSTİRAHAT EDƏN İNSAN

1

İstirahət edən insan üçün çox çətin,

düşüncə xanasida yaşar narahat.

o bugünü də,

sabahi da

düşünür xöşbəxt.

Düşüncələr ürəyin divarlarını

kəmirir bir siçovul kimi.

Şahin kimi gözünü oyub,

içini cızadı o düşüncələr.

O bu günü düşünürsə

zəlzələ tək döyür ürəyi,

Sabahi düşünəndə dünya da gözəl,

yarinini düşünənde

sakit su kimi...

2

Səhərdə oyandım,

hara getməyi də,

nə edəcəyimi də bilməm, bağışla. 

Sən oyanan anda, can balam,

külək kimi təzçə 

çay kimi küçəyə düşdün də, getdin.

* * *

Dünən bütün gün ağlayan səma

bu gün

gülümsəyir ahistə.

Dünən atin çırpən

narahat külək

bu gün tükəndi bəlki.

Bu gün dünya

Narahat olmayan

gəlin kimi xoşbəxt

Ürəyimə ısə dünənki

buludlu,

küləkli,

yağişli gün

öz şəklini çəkdidə getdi.

* * *

Gecə... Göydə parlaq bir ulduz,

mən ahistə ona baxıram.

Ona diqqət edib tutub göz,

xəyallarda dilim yaxıram.

Gece... Göydə parlaq bir ulduz,

söyləyir süst deyir: bəxtin mən.

Eyni ulduz kimi harda bir qız,

yoluma göz tutar indi şən.

* * *

Hey, üfüqə yeten,

gəniş tarlalar,

bu gün qucağında acı hökmdar.

Bıçağin getirir qara soyuqlar,

Sinəniz acidan ağrirmi təkrar.

Hey, üfüqə yeten,

gəniş tarlalar,

başınıza tökülən burda sonsuz qar.

Bu gün qış olsa da tələyinizdə,

yola düşür

sizi axtarib

gələn

Yarinda bahar.

İJƏRƏ ƏV

Beşinci mərtəbədəki

evim pəncərəsindən

Şimşək,

ildırım,

və küləklərlə

gələr bir gecə...

Məni qucaqlab getirir -

qaranlığın dərinliğinə.

Mən isə

şimşək gözlərim,

otlu ürəyim ilə

gecə sinəsin bölüb

axtariram sabahı.

* * *

Sən getdiyin gecə...

Leylək kimi qarlar da yağdı,

başıma dəydi -

üzümə,

sinəmə

qarların ağır əlləri.

Sən getdiyin gece...

Sevincim də

Ümüdüm də,

pəndhim da -

məni qışın qoyununa atdı da

haradir getdi.

Özbək dilindən çevirdi: Rəhmət Babacan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31