Makron ABŞ-ı razılaşmalara əməl etməyə və Aİ-yə qarşı tariflərdən imtina etməyə çağırd ÖZƏL
17:06 DünyaAvropa İttifaqı əvvəllər imzalanmış müqavilələrə sadiqdir, lakin ABŞ-ın yeni tariflərinə cavab verməyə hazırdır. Fransa Prezidenti Emmanuel Makron bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Olaylar.az xəbər verir ki, Makron ABŞ prezidenti Donald Trampın Avropa avtomobil məhsullarına 25% tarif tətbiq etmək qərarını şərh edərkən bildirib: "Biz azad və ədalətli ticarətin və Ümumdünya Ticarət Təşkilatının qaydalarına riayət olunmasının tərəfdarıyıq. Hörmət edilməli olan müqavilələr imzalanıb və əgər onlar şübhə altına alınarsa, hər şey yenidən müzakirə olunacaq. Əgər bir ölkə tariflərlə təhdid olunarsa, Aİ-nin tətbiq edilməli olan alətləri var".
Fransa lideri əlavə edib ki, onun fikrincə, hazırkı geosiyasi dövrdə ABŞ və Aİ-nin "sabitliyi pozmaq təhdidlərindən daha vacib işləri var". O, həmçinin "sağlam düşüncənin mümkün qədər tez qalib gələcəyinə" və tərəfdaşlar arasında ahəngdar əməkdaşlığın bərpa olunacağına ümid etdiyini bildirib.