Kenan Doğulu “Fatmagül”lə vidalaşdı - FOTO

İki ildir davam edən "Fatmagülün Suçu Ne?" serialı dünən ekranlara vida etdi. "Qafqazinfo"nun məlumatına görə, serialın oyunçuları final seriasını İzmirdə yemək yeyərək izləyib. Vida yeməyinə Engin Akyürek, Beren Saat, Esra Dermancıoğlu, Fırat Çelik, Buğra Gülsoy, Kaan Taşaner, Engin Öztürk, Deniz Turkali, Seda Güven ve Ece Yörençlə yanaşı, serialın əsas qəhrəmanı olan "Fatmagül"ün sevgilisi Kenan Doğulu da qatılıb. Yaradıcı heyət iki ildir əmək verərək reytinqlərdə birinci etdikləri "Fatmagülün Suçu Ne?"nin son seriasını izləyərkən duyğulu anlar yaşayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31