Gülhüseyn Kazımov Mirzə Güllərin ikinci valını ortaya çıxarıb

Olaylar.az xəbər verir ki, Gülhüseyn Kazımov Dövlət Milli Səs Yazıları Arxivinə yollanaraq, Mirzə Güllərin ikinci valını da aşkara çıxarıb. Bu barədə o, öz facebook səhifəsində məlumat verib. Məlumatda deyilir- "Səsi qrammafon valına yazılmış ilk qadın xanəndəmiz Mirzə Güllərin səsinin ardınca Dövlət Milli Səs Yazıları Arxivinə gəldik.Məlum oldu ki, bir çox tədqiqatçıların yazdığı kimi Mirzə Güllərin bir yox,iki valı mövcuddur.Birinci valda Güllər xanım "Mirzə Hüseyn segahı" nı və "Yeri dam üstə yeri" xalq mahnısını oxuyubsa, yeni əldə etdiyimiz valda "Kürdü şahnaz" muğamını və"Gəl görüm gəl görüm kimin yarısan" xalq mahnısını oxuyub.Belə-belə işlər, deməli həqiqətən də axtaran tapır..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31