Oman: İran Körfəzin təhlükəsizlik sisteminə daxil edilməlidir-ÖZƏL
13:01 SiyasətOmanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, Fars körfəzində sabitliyin təmin olunması üçün İran regional təhlükəsizlik sisteminə daxil edilməlidir.
Olaylar.az xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Kembric Universitetində çıxışı zamanı danışıb. Nazir qeyd edib ki, İranın təxminən yarım əsrdir regional təhlükəsizlik strukturlarından kənarda qalması həm ölkənin özünə, həm də bütövlükdə regiona mənfi təsir göstərib.
Əl-Busaidi, həmçinin Yaxın Şərq ölkələrinin xarici güclərdən asılılığının İranın nüvə proqramı və Hörmüz boğazında gəmiçiliyin azadlığı ilə bağlı məsələlərin həllini çətinləşdirdiyini vurğulayıb. Onun sözlərinə görə, xarici dövlətlərin maraqları həmişə regionun maraqları ilə üst-üstə düşmür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31