TRIPP layihəsi sülh müqaviləsi imzalanmadan da baş tuta bilər — Ararat Mirzoyan – ÖZƏL
13:23 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan parlamentində TRIPP ("Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu") layihəsi üzrə Ermənistan ilə ABŞ arasında Strateji Əməkdaşlıq Çərçivə Sazişinin ratifikasiyası zamanı müxalif "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyana sülh müqaviləsi imzalanmadan layihənin işə düşməsinin mümkünlüyü ilə bağlı sual ünvanlayıb. Mirzoyan bu ehtimalı təsdiqləyərək bildirib ki, sülh müqaviləsi artıq paraflanıb, lakin Azərbaycan digər səbəblərə görə onu imzalamaqdan imtina edir. Karapetyan isə cavabında Bakının əlavə tələblər irəli sürməyə davam edəcəyini və nəticədə Ermənistanın kommunikasiyaların açılmasından faydalanmadan Azərbaycanın yol əldə edəcəyini vurğulayıb.(?)