Elçin Hüseynbəylinin   “İmperator” tamaşası Dərbənd səhnəsində

Aprelin 13-də Dərbənd Azərbaycan Dövlət Dram Teatrında  tanınmış yazıçı-dramaturq-publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin "İmperator" pyesinin premyerası olub.Tamaşanın quruluşçu rejissoru Hörmət Aslanov, bəstəkarı Dağıstan Respublikasının  Əməkdar artisti Sevda Bəybalayeva, rəssamı DR-in Əməkdar mədəniyyət işçisi Nahidə Əlimətovadır.Baş rolları Mirzəağa Cum-Cum, Sərxan Səmədov , Səidə Əliyeva və Lyudmila Babatova ifa ediblər.Anşlaqla keçən tamaşanı teatrsevər ictimaiyyətlə yanaşı, Dərbənd meriyasının rəhbərləri və şəhərin deputatları da izləyiblər. Bu barədə məlumatı Dərbənd Teatrının ədəbi hissə müdiri  Telman Tahirli  verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31