Şükür

Şükranlıq olmasa, dünyamız sönər,

İnsan yaşasa da insanlıq ölər.

Bunu bilə-bilə şükr etməyənlər,

Əlində çıraq gəzən korlara dönər.

***

Şükrlü insanları Allah çox sevər,

Onlara əl, ayaq, gözdə nur verər.

"Əlhəmdüllah" deyib razı qalarsa,

Əvvəl sınaq eylər, sonra sur eylər.

***

Əlcək istəyənlər əlsizi görsə,

Çəkmə tapmayanlar ayaqsız görsə,

Eynəyi olmayan korları görsə,

Ona verilənin şükrünü eylər.

  Əlibalayeva Gülnarə

                                 Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi- işçisi, jurnalist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31