Rembrandtın rəsm əsəri çardaqda tapıldı

. Şotlandiyanın qədim evlərindən birində yaşayan kişi çardaqdakı şkafda qəribə tapıntıya rast gəlib. Bu yanında oğlan uşağı və it olan kor kasıbın təsvir olunduğu qara eskiz idi. İnternetə baş vuran kişi tapılan rəsm əsərinin məşhur Holland rəssamı Rembrandta məxsus olmasından şübhələnir. Ekspertlərlə əlaqə saxlayan ev sahibinə onun şübhələrinin doğru olduğunu bildirirlər. "Komsomolskaya Pravda" "The Guardian"a istinadən xəbər verir ki, maraqlısı odur ki, Berlindəki Qravyura evində uzun illərdir ki bənzər sujetlə və müəllifi Remrandt olduğu deyilən rəsm əsəri saxlanılır. İndi məlum olub ki, həmin rəsm əsəri nüsxə imiş."Olaylar"

Evin çardağında XVII əsrin ustadının əsərindən başqa daha 5 rəsm əsəri tapılıb. Mütəxəssislərin fikrincə onların müəllifi Rembrandtın şagirdləridir. Tapıntıların hamısı iyulun əvvəlində auksiona çıxarılacaq. "Kor Kasıb"ın qiyməti isə ilkin ehtimala görə 80 min funt sterlinqdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31