Qarabağın musiqi mühitinə həsr edilən ilk görüş - FOTO
10 Aprel 2022 22:01 MədəniyyətOlaylar.az xəbər verir ki, "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən "Şuşa İli" çərçivəsində Qarabağın zəngin mədəni irsinə həsr olunan silsilə görüş və seminarların keçirilməsinə başlanılıb.
Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən ilk görüş Qarabağın musiqi mühitinə həsr edilib.
Görüşdə tədqiqatçı alim, ictimai xadim, fəlsəfə doktoru Gülhüseyn Kazımov Qarabağın musiqi mədəniyyəti, Şuşanın musiqi məclisləri, Qarabağın musiqi tarixi, Qarabağ xanəndələri və s. mövzularda ətraflı məlumat verib və gəncləri maraqlandıran sualları cavablandırıb. Bu barədə Nail Şükürov öz "facebook" hesabında paylaşım edib.










Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31