Rəqsanə İsmayılova kirayə qaldığı iki mənzili zəbt edib - QALMAQAL
Müğənni ev sahibinə 10 min 600 dollar borcunu da qaytarmır
21 İyun 2012 18:12 MədəniyyətTanınmış müğənni Rəqsanə İsmayılova Bakıda kirayə qaldığı evi zəbt etmək istəyir. Bu barədə "OLAYLAR"a mənzilin sahibi Rəfiqə İsmayılovanın vəkili Samir Hüseynov məlumat verib. Onun sözlərinə görə, Rəqsanə İsmayılova 2011-ci il yanvarın 1-də ev sahibəsi Rəfiqə İsgəndərova ilə bağladığı kirayə müqaviləsinə əsasən paytaxtın İ. Dadaşov küçəsi ev 50 ünvanındakı 72 və 73 saylı mənzilləri kirayələyib. Müğənni 2011-ci ilin iyun ayına qədər kirayə haqqını ödəsə də, həmin vaxtdan sonra ev sahibinə kirayə pulu verməyib. Ev sahibinin xəbərdarlığından sonra Rəqsanə İsmayılova 2011-ci il dekabrın 30-da yığılıb qalan kirayə borcundan 3 min 800 dollar odəsə də, 8 min 200 dollar ev sahibinə borclu qalıb. 17 oktyabr 2011-ci ildə isə Rəqsanə kirayə müqaviləsinin arxasında mənzilin kirayəsinə görə Rəfiqə İsgəndərovaya 7200 dollar borclu qaldığını qeyd edib.
Şikayətçi deyir ki, ev sahibi ilə Rəqsanə arasında kirayə müqaviləsinin vaxtı bir ildən sonra-2011-ci il dekabrın 31-də başa çatsa da, müğənni mənzilin kirayə haqqını ödəməyib. Bununla yanaşı, o kirayələdiyi mənzilləri də sahibinə təhvil verməyib: "Müqavilənin 2.1 bəndinə əsasən, kirayəçi gecikən hər gün üçün 2 faiz dəbbə pulu ödəməlidir. Buna görə də, hazırda Rəqsanə İsmayılovanın ev sahibinə 17 min 395 dollar, yəni 13 min 674 manat borcu var. Bununla bağlı biz məhkəməyə müraciət etdik və məhkəmə həmin məbləğin ödənilməsi barədə qətnamə çıxarıb. Lakin Rəqsanə İsmayılova bu günə qədər nə mənzilləri boşaldır, nə də ev sahibinə olan borcu ödəyir".
Şikayətçinin "OLAYLAR"a təqdim etdiyi məhkəməı qətnaməsində də fakt təsdiqini tapıb. Nərimanov rayon Məhkəməsinin mübahisə ilə bağlı 18 aprel 2012-ci il tarixdə çıxardığı qətnamədə iddia qismən təmin edilib. Qətnamədə göstərilib ki, Rəqsanə İsmayılova yaranmış kirayə biorcuna əsasən Rəfiqə İsgəndərovaya 10 min 10 min 600 dollar ödəməli və müğənni həmin mənzillərdən məcburi çıxarılmalıdır. Vəkilin sözlərinə görə, qanuni məhkəmə qətnaməsi olsa da, Rəqsanə İsmayılova hələ də mənzilləri boşaltmır, vaxtı uzatmaq üçün qətnamədən apellyasiya şikayəti verib. Səbəb isə Rəqsanə İsmayılovanın qalmağa yerinin olmamasıdır.