Rasim Balayev Kinematoqrafçılar İttifaqının yaradılmasına münasibət bildirdi
“Bizi heç kim ləğv edə bilməz»
21 İyun 2012 15:40 Mədəniyyət"Belə bir təşkilat yaradılıbsa, qoy fəaliyyətlərini davam etdirsinlər. Lakin bizi heç kim ləğv edə bilməz". Bu sözləri "Olaylar"a Azərbaycan Kinematoqrafçılar Birliyinin Ы katibi, хalq artisti Rasim Balayev bildirib. "Bu təşkilatın nə üçün yaradılması bəlli deyil. Hökumət də onlara kömək edir, qoy çalışsınlar. Onların milli kinonun inkişafına töhfələri olacaqsa, qoy yaratsınlar". Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) 11 yanvar 1963-cü ildə yaradılıb. Təşkilatın 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilib.
Bu gün "Nizami" Kino Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb və xalq artisti, Şəfiqə Məmmədova ittifaqın sədri seçilib.