“Öyle bir geçer zaman ki”-nin Aylinindən baş nazirə cavab

Mənim necə doğacağıma qarışma!

Son günlər baş nazir Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra Türkiyənin gündəmini məşğul edən abort və qeysəriyyə iddialarına serialda cavab verildi. Bu, "Öyle bir geçer zaman ki" serialının mövsüm finalında baş verib.

Qeyd edək ki, filmin hamilə qəhrəmanlarından olan Aylin dondurma yemək üçün avtomobildən düşdüyü vaxt əmisinin arvadı Nerimanla rastlaşır. Mütəxəssislərin fikrinə görə, ikili arasında baş tutan dialoq baş nazir Ərdoğana cavab mahiyyətindədir.

Neriman: Qız Aylin ,doğum vaxtı yaxındırmı?
Aylin: Bəli.
Neriman: Normal olacaq, yoxsa qeysəriyyə ilə?
Aylin: Qeysəriyyə ilə.
Neriman: Amma bəziləri qeysəriyyə ilə doğuma qarşıdır.
Aylin: Bəziləri necə doğmaq istəyirsə elə doğsun. Mən onun necə doğacağına qarışmıram. O da mənim necə doğacağıma qarışmasın.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl çıxışında ölkədə abortun qadağan olunması və zərurət xaricində doğumun qeysəriyyə yolu ilə olmaması barədə bəyanlar səsləndirmişdi.

Siyasi partiya liderləri çıxışlarında, ölkədəki bir çox qadın təşkilatları isə keçirdiyi aksiyalarla Ərdoğanın bu fikirlərinə kəskin etiraz bildirmişdi.ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31