İbrahim Tatlısəs söz verdi
23 Aprel 2012 17:46 MədəniyyətBaşından güllə yarası almış ifaçı 2011-ci ilin ən yaxşı müğənnisi seçilib. Silahlı hücumdan sonra müalicə kursu keçən tanınmış müğənni İbrahim Tatlısəs 13 aydan sonra ilk dəfə səhnəyə çıxıb. Yol nəqliyyatının mükafatlandırma mərasiminə qatılmış əlil sənətkar 2011-ci ilin ən yaxşı müğənnisi mükafatına layiq görülüb. Səhnəyə əsa ilə çıxan Tatlısəs, "Allah heç kimi bu günə salmasın. Hətta Allaha yalvarıram ki, məni bu hala salanlar belə mənim günümə düşməsin" ifadəsini işlədib. Dostun insana çətin gündə lazım olduğunu deyən, Tatlısəs əli və ayağı iflic olsa da yaxşı ürəyinin və dostlarının olduğunu bildirib. Sənətkar 15-20 günə əsanı ataraq, sərbəst gəzəcəyinə söz verib. Tatlısəs son 13 ayda hər zaman yanında olduğuna görə Türkiyə mətbuatına xüsusi təşəkkür edib.