Röya ilə həyat yoldaşı yekun qərara gəldi: “Bu yaxınlarda...”

Növbəti dəfə ana olmaq qərarını verən müğənni Röya Ayxan durmadan yeni yaradıcılıq işlərinə imza atır.  "Bu yaxınlarda oğlum Hüseyinin 3 yaşı olacaq. Həmin vaxt bətnimdə artıq ikinci övladım olacaq" - deyə, açıqlama verən müğənni həyat yoldaşı Anar Cəlilovla belə qərara gəldiklərini deyib. Bu günlərdə Niam Səlami ilə birgə oxuduğu duetinə çəkdirdiyi klipini təqdim edən müğənni yenə kamera önünə keçəcək. Rejissor Nail Naiboğlunun ekran həyatı verəcəyi "Ay Allahım" adlı mahnının çəkilişləri yaxın günlərdə start götürəcək. N.Naiboğlunun sözlərinə görə, klipi Röyaya ad günü hədiyyəsi edəcək. qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31