Mühacir şairin atəşli misraları

Abid Tahirli

Mühacir şairin atəşli misraları

("Teymur Atəşli. "Seçilmiş əsərləri" haqqında)

Azərbaycan mühacirət ədəbi-publisistik irsinin dərindən, sistemli, hərtərəfli, ye­ni elmi tələblər əsasında tədqiqinin həyata keçirilməsi məqsədi ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 2016-cı ildən "Azərbaycan mü­hacirət ədə­biy­ya­tı kitabxanası" kitablar seriyasının nəşrinə başlamışdır. Həmin il "Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr", 2018-ci ildə "Cey­hun Hacıbəyli. Seçilmiş əsərləri", 2019-cu ildə "Səlim Rəfiq Rəfioğlu. Fü­zu­li" və 2020-ci ildə "Teymur Atəşli. "Seçilmiş əsərləri" işıq üzü görmüşdür. Adı çə­ki­­l­ən kitablar uzun illər boyu sovet hakimiyyətinin və kommunist ideologiyasının ya­­saq etdiyi, ciddi-cəhdlə gizlətdiyi, uydurma iddialarla, böhtanlarla gözdən saldığı zən­­gin və dəyərli ədəbi sərvət, Azərbaycanın istiqlalı uğrunda mücadilə aparan, mil­li-mənəvi dəyərlərimizin tanıdılması, təbliği və zənginləşdirilməsi naminə tə­mən­­nasız və fədakarlıqla çalışan qələm və kəlam sahiblərinin gələcək nəslə miras qoy­duğu qiymətli incilərdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 3 iyul 2019-cu il ta­rix­­li qərarı, İnstitutun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr edilən "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasının IV cildi -"Te­y­­mur Atəşli. "Seçilmiş əsərləri" kitabını ilk mənbələr əsasında tərtib edən, ön söz və qeydlərin müəllifi fililogiya elmləri doktoru Nikpur Cabbarlı, cildin məsul re­­daktoru Arif Acaloğludur. Mühacirət ədəbiyyatının səriştəli tədqiqatçısı Nikpur Cab­barlı "Teymur Atəşli: həyatı və ədəbi irsi" adlı irihəcmli ön sözündə mühacir şairin keşməkeşli ömür yolu, Almaniya və Türkiyədəki yaradıcılığı, poeziyasının möv­zusu, ideya istiqaməti, sənətkarlıq məziyyətləri barədə əhatəli bəhs edir və to­xu­nulan məsələ haqqında dolğun təəssürat yaradır. Tərtibçinin təqdim etdiyi "Qeyd­lər" fakt və məlumatların yığcamlığı, eyni zamanda zənginliyi ilə diqqəti çəkir.

"Şeirlər", "Xatirələr", "Pyes", "Publisistika" adl hissələrdən ibarət kitabda de­mək olar ki, Teymur Atəşlinin (Teymur Mustafa oğlu Mustafayev- (1923- Bakı, Ba­yıl həbsxanası, 1976-Adapazarı) bütün ədəbi-publisistik irsi əhatə olunmuşdur. Bu kitab "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasına daxil olan əv­vəl­ki əsərlərdən onunla fərqlənir ki, həmin müəlliflər son 30 ildə müxtəlif təd­qi­qat­çı­lar tərəfindən az-çox araşdırılsa, tanıdılsa da, bunu ədibin irsinin kitab halında öl­kə­mizdə ilk dəfə nəşr edildiyi Teymur Atəşli haqqında söyləmək olmur.

Fi­lologiya elmləri doktoru N. Cabbarlının Türkiyənin "Hürriyyət" qəzetinə is­­tina­dən ön sözdə yazdıqlarından bəlli olur ki, Teymur Atəşlinin atası Quba böl­gə­sin­də an­tisovet fəaliyyətlə məşgul olur və hökumət qüvvələrindən gizlənir. Buna gö­rə onun hamilə həyat yoldaşı Sonapərvəri iki övladı ilə həbs edir və Bayıl həbs­xa­­na­sın­da yerləşdirirlər. Burada dünyaya göz açan Teymur Atəşlinin atası həbs edi­lir və Si­birə sürülür. Anası və qardaşları ilə bərabər həbsxanadan çıxdıqdan sonra orta məktəbi bi­ti­rən T.Atəş­li 1942-ci ildə-Univesitetin II kurs tələbəsi ikən cəbhəyə göndərilir, dö­yüş­­lə­rin birində almanlara əsir düşür, alman ordusu tərkibində sovetlərə qarşı vu­ru­şur, İkin­ci Dünya Müharibəsindən sonra sərhədin o tərəfində qalmağa məhkum və məc­­bur olur. Alman qızı ilə ailə həyatı quran T.Atəşli ilk fürsətdən- 1949-cu ildə xa­­nımı ilə birlikdə Türkiyəyə köçür, Adpazarında məskunlaşır. Bir müddət özəl xarici dil müəllimi, notariat qurumlarında və məhkəmələrdə andlı tərcüməçi kimi çalışan T.Atəşli sonra ömrünün sonuna kimi Ada­­pazarının "Axşam xəbərləri" qəzetində işləyir.

T.Atəşlinin yaradıcılığı həm janr, həm mövzu baxımından rəngarəg olsa da, on­­l­arı birləşdirən ortaq və ümumi cəhətlər çoxdur: Vətənə məhəbbətin, istiqlal sev­gi­­sinin, milli-mənəvi dəyərlərin, adət-ənənələrin, sədaqət, nəcib, xeyirxah, insani duy­ğuların vəsfi onun poeziyasının xarakterik cəhətləridir.

T.Atəşli poeziyasını mövzu baxımından aşağıdakı kimi təsnif etmək olar:

- Azərbaycan sevdalı, vətən həsrətli şeirlər;

-qürbətin ağrı, acısından şikayətlənən şeirləri;

-istiqlal və hürriyyət şeirləri;

-didaktik-əxlaqi şeirlər;

- məhəbbət şeirləri;

-tarixi şəxsiyyətlərə ithaf etdiyi şeirlər.

T.Atəşlinin Azərbaycan sevdalı vətən şeirləri şairin əqidə və dünyagörüşünün, dü­şüncə tərzi və amalının, poetik təfəkkürünün tərcümanıdır. Yaradıcılığının müx­tə­lif dövrlərində, Almaniyada, Türkiyədə qələmə aldığı bu qəbildən olan şeirlər həcm, forma baxımından fərqlənsə də, məna, mahiyyətcə bir-birinə bənzəyir. Al­ma­niyada:

Ana Vətən, nə canların elisən!

Sən liramın ən incə bir telisən

yazan şair Türkiyədə də Azərbaycanı eyni sevgi ilə tərənnüm edir:

Azərbaycan, baharımsan, yazımsan,

Coşan telli sazımsan.

Şair Vətənini-"ilk hürriyyətin binasını" Nizamisi, Nəsimisi, Füzulisi ilə sevir, onun qəh­rəmanları ilə qürür duyur, şanlı tarixi ilə öyünür, doğma diyarın ecazkar tə­biətinə aşiqdir:

Canlı tarixdir anlatsın, qəhrəman Şuşa qalası,

Yurduma göz dikənlərin tarix boyu baş bəlası,

Azərbaycan, kiçik diyar, fəqət dünyalar dünyası.

Şair "Azərbaycan", "Azərbaycan-bizim vətən", "Oğlum Kamala", İlham pə­ri­si", "Vətəndir, dedim", "Nə gözəl vatanım var", "Mənim canım vətənim" kimi poetik nümunələrdə Vətəni müqəddəs bir obraz səviyyəsində, şəklində tərənnüm və təsvir etməyə səy göstərir.

Amalı, imanı və inamı vətənlə bağlı olanTeymur Atəşli Almas İldırım, Gül­tə­kin, Məhəmməd Sadıq Aran, Müseyib Zəyəm, Alazan Baycanla bir sırada qürbət po­e­ziyasının ən kamil və təsirli nümunələrini yaratmışlar. Şairin Vətən həsrətli, yurd nisgilli, el-oba intizarlı, qürbətdə yaşamaq ağrı-acısını əks etdirən şeirlər onun ya­­ralı qəlbinin ah-naləsi, dərdli ürəyinin çırpıntılarıdır. Misralar o qə­dər səmimi, an­laşılan, düşündürücü, təbii və təsirlidir ki, bu duyğu və hisslər oxucuya da sirayət

edir, o da qəribin dərdinə şərik olur, onun da qəlbini göynədir:

Dostum, göz yaşımdan gileylənmə sən,

Hicranım böyükdür, necə gülüm mən:

Zavallı gəncliyim sönür şam kimi,

Keçir gündüzlərim bir axşam kimi.

Əzab çəkməyəmi, yarandım, ey kaş...

Anam əvəzimdə doğaydı bir daş.

Vətən məndən uzaq, günlərim qara,

Hələ mən ölməmiş girdim məzara.

Elimdən, obamdan aralı düşdüm,

Ürəkdən oxlanıb yaralı düşdüm

T.Atəşlinin "Hicranlı səslər", "Ana", "Qəzəl", "Qəribin ölümü" və s. kimi şeirləri də vətən məhəbbətli, vətən həsrətlidir.

T.Atəşlinin istər Almaniyada, istərsə də Türkiyədə qələmə aldığı poetik nü­mu­nələrdə istiqlal və hürriyyət davası əsas mövzulardandır. "Qafqaz" şeirində bu qə­dim qəhrəmanlar diyarına, "pələnglər yuvası"na çoxsaylı qəzəbli suallar yağdırır və "partlayır ürəyim, cavab ver mənə"- deyərək hayqırır, üsyan edir:

Nədir bu köksündə yadlar at çapır?

Ötən, yetən səni quduz tək qapır.

Nə üçün qəlbinə oxlar dirənmiş,

Nə üçün üstünə buludlar enmiş?

...Neçin lal olmusan, neçin susursan?

Nə üçün çiyninə əyilmiş başın?

Şair əsir Qafqazın dərdini, "bağçaların xəzana döndüyünü", "sarayların xaraba qal­dığını", "körpələrin acından mələşdiyini", "ixtiyar atasının Sibirdə ayağı qan­dal­lı, döyülüb söyüldüyünü", "anasının xəstə olduğunu", "ağızların qıfıllandığını", "göz­lərin kor , belin bükülü" qaldığını fəryad qopararaq dilə gətirir, bununla da ürə­yi soyumur:

Eşit sözlərimi, oyan a Qafqaz!

Nədir bu acizlik, sənə yaraşmaz.

... coşdur hiddətini, nərildə "üsyan!

Top kimi partlasın torpağın, daşın!

- deyərək Qafqazın igidlərini "quduz düşmənə göz dağı çəkdirməyə" səsləyir.

T.Atəşlinin həsrət və nisgillə dolu "Sibirdən məktub" şeiri, həm də istiqlal çır­pın­tılarıdır. O, "Sibir çölündə, gavur əlində zəlil" olduğundan, "gavurların it kimi qap­­dığından, cəllad kimi çapdığından" şikayətlənir, əsarətdə yaşamaqla ba­rış­ma­yan, işğalla razılaşmayan şair "kəramətin hanı, ey böyük Allah" yazaraq, az qala hət­ta Yaradana asi çıxır. Bu şeiri oxuduqca Sibir çöllərində min bir işgəncə ilə, so­yuq­dan, acından, susuzluqdan can verən, lakin əqidəsindən dönməyən istiqlal qəh­rə­manlarının acı taleyi göz önündə canlanır. T.Atəşlinin "Şair Gültəkinə", "Mənim üs­­yanım" adlı şeirlərində də şairin Vətən həsrəti ilə vuran, istiqlal arzusu ilə dö­yü­n­ən qəlbinin çırpıntıları duyulur. "İstiqlal" şeirində şair istiqlalı "Günəş", "bahar", "can", "könül", "şərəf və şan", "varlığım"- deyə sevə-sevə əzizləyir, vəsf edir, son­da da heç vaxt ondan vaz keçməyəcəyini bildirir:

Çünki istiqlal mənim ilhamımdır, canımdır,

Varlığım, hər şeyimdir, şöhrətimdir, şanımdır.

Onun yolunda ölmək, ən ülvi bir şərəfdir,

Doğuşdan mənim hədəfim ancaq bu hədəfdir.

Şairin istiqlal, hürriyyət mövzulu bir sıra şeirlərində şikayət motivləri qabarıq nə­zərə çarpsa da, "Biz yenə gələcəyik", "Bir gün gələcək", "Ağlama", Üsyan" ki­mi poetik nümunələrinə mübarizlik, nikbinlik, inam hissi hakimdir:

Kədərlənmə, qardaşım, yenə bir gün gələcək,

Üçrəngli bayrağımız göylərə yüksələcək.

Çətin və mənalı ömür yolu keçmiş, zəngin həyat təcrübəsinə malik T. Atəş­li­nin didaktik-əxlaqi mövzuda yazdığı şeirlər maraq doğurur. Bu qəbildən olan əsər­lə­rindəki poetik və tərbiyəvi fikirlər, xüsusilə gənc nəslin cəmiyyətdə doğru rol tut­ma­sına, onların layiqli, milli hisslərlə formalaşmasına hesablanmışdır. Oğlu Ka­ma­la ithaf etdiyi "Sevgili yavrum" əslində bütün gəncliyə xitabdır. Şair oğlunun tim­sa­lında gəncləri elmə, irfana yiyələnməyə, türklüyə,vətənə ləyaqətlə xidmət et­mə­yə, təmiz, ədalətli olmağa çağırır. Onun rübailəri, "Azərbaycan gəncliyinə", "Oğ­lum Ka­mala", "Ey gənclər kimi" həyat eşqi və vətən sevgisi, xoş arzu və niy­yətl­ər­lə dolu şeirləri nəcib, yüksək milli və bəşəri hissləri təlqin edir:

Bülbüləm, çəmənin marağındayam,

Məcnunam, Vətənin fərağındayam.

Haqq deyən, haqq duyan, haqqa can verən,

Bir yeni dünyanın sorağındayam.

T.Atəşlinin lirikasında məhəbbətin tərənnümü gözəlin vəsfi və ona ün­van­la­nan fərdi hisslərin ifadəsindən uzaqdır. Onun sevgilisi, məhbubu ana vətəndir və şair öz məhəbbətini şeirlərindəki "Sevgili cananım, canımdır vətən", "Azərbaycan, Ley­lam mənim, Məcnun canım qurban sənə", "Mən onun eşqi ilə cəhənnəmdə yan­mışam", "Andıqca sevgilim Azərbaycanı xəyalım dolaşdı cümlə-cahanı", "Məc­nundan daha betər Məcnunam, a dostlar" kimi misralarla dilə gətirir.

T.Atəşlinin poeziyasında tarxi şəxsiyyətlərə həsr olunmuş, yaxud onlara ithaf edil­miş əsərlər kifayət qədərdir. "Mustafa Kamalın ölümü", "Mirzə Bala", "Şair Gül­təkinə", "Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə", "Böyük Atatürkə", "Yu­nus Əmrə", "Biz yenə gələcəyiz", "Azərbaycan", "Azərbaycan-bizim vətən" adlı şeir­lər bir tərəfdən şairin qəhrəmanları və onların xidmətləri haqqında təəssüratı zən­ginləşdirirsə, digər tərəfdən də T.Atəşlinin amalı, əqidəsi, yaradıcılıq diapozonu və sənətkarlğı barədə əsaslı mülahizələr irəli sürməyə əsas verir. Şairin "Cəlal" və "Azər­baycan qartalı" adlı şeirləri maraqlı və diqqətçəkicidir. "Cəlal" şeirinin epiq­ra­fında oxuyuruq: "Bir rus uçağı ilə Qızııl Cəhənnəmdən qaçaraq İrana sığınan və ora­da Moskvanın qızıl uşaqları tərəfindən xaincəsinə şəhid edilən azərbaycanlı pi­lot - Cəlal Məhəmmədzadənin əziz xatirəsinə". Məlum olduğu kimi Odessa Ali Hə­r­bi Hava Məktəbinin məzunu pilot Məhəmməd Altunbay iki məsləkdaşı- Həsən və Cəlalla birlikdə sovet rejimindən xilas olmaq üçün ölkədən çıxmaq barədə qərar qə­bul edirlər. Onlar idarə etdikləri təyyarəni qaçırır və qəza səbəbindən İrana məc­buri eniş edirlər. Burada bir müddət ağır şəraitdə yerli polislərin nəzarətində ya­şa­yır və sonra Tehrandakı Türkiyə səfirliyinin köməyi ilə Bağdada qaşmağa, 1941-ci il­də isə Həsənlə birlikdə Türkiyəyə keçməyə müvəffəq olurlar. Deyilənlərə görə, Cəlal isə Tehranda rus gizli xidmətinin agentləri tərəfindən qəfil yaxalanır, gül­lə­lə­nə­­rək şəhid edilir. Sonralar Türkiyənin təyyarəçilik tarixində iz qoyan M.Altun­ba­yın tərcümeyi-halından bəllidir ki, o, həm də tanınmış publisist kimi Türkiyənin bir çox mətbu orqanı ilə, o cümlədən "Hürriyyət" qəzeti ilə sıx əlaqə saxlayır və əməkdaşlıq edir. Ehtimal ki, "Hürriyyət"lə əməkdaşlıq edən T.Atəşli Cəlal Mə­həm­mədzadə haqqında elə M. Altunbayın xatirələrindən eşitmiş və onun təsiri ilə bu şeirləri qələmə almışdır. Lakin bir məqam düşündürücüdür. T.Atəşlinin yaz­dıq­la­rından belə anlaşılır ki, Cəlal təyyarəni tək idarə edirmiş və qəza nəticəsində hə­lak olmuşdur, yəni hadisədə-təyyarənin qaçırılmasında M.Altunbay və Həsən Zey­nal­lının iştirakına dair heç bir işarə, eyham vurulmur. Bütün hallarda şeirlər ideya-məz­mun baxımından, sənətkarlıq nöqteyi-nəzərindən təqdirəlayiqdir və istiqlal uğ­run­da həlak olanların əziz xatirəsinə bir ərməgandır:

Kim der ki, Cəlal ölmüş, yaşıyor bizim Cəlal,

Hər gün minlərcə Cəlal qazanıyor ordumuz,

Runun şad olsun Cəlal, qurtulyor yurdumuz.

O hayqırdı dünyaya: haqqım deyil əsarət,

Nədir başımızdakı bu qorxunc qızıl illət,

İstıqlal istiyoruz, istiqlal, haqq, ədalət,

Qanadlandı dünyanı uyqudan qaldırmağa,

Yerdə, göydə, dənizdə düşməni yıldırmağa.

Haqqında bəhs etdiyimiz "Teymur Atəşli. "Seçilmiş əsərləri" kitabına daxil edil­­miş "Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk" adlı xatirəsi mühacirət pub­­li­sis­ti­kasının dəyərli nümunələrindəndir. Əsər Türkiyənin "Hürriyyət" qə­ze­ti­nin 45 nöm­rəsində (15 yanvar-28 fevral 1956-cı il) hissə-hissə çap edil­miş­dir. 1942-ci ilin av­qust ayının 21-dən 1943-cü ilin fevral ayının 2-sinədək, 199 gün da­vam edən və mü­haribə tarixinin ən uzun sürən və ən qanlı Stalinqrad döyüşü haq­qın­­da qələmə alı­nan xatirə, əlbəttə bir çox cəhətdən böyük maraq doğurur. Lakin ya­­zının müəllifinin faşist Almaniyasının tərəfində sovet qoşunlarına qarşı vu­ruş­ma­sı xüsusi ilə diqqəti çəkir. Uzun illər boyu sovet təbliğat maşını alman or­du­su­n­da xidmət edən sovet əsgər və zabitlərinin ifşa edilməsini başlıca fəaliyyət istiqamətlərindən bi­ri hesab etmiş və bu tendesiyalı baxış bu gün də davam etməkdədir. Təbii ki, heç kim cəb­hə­nin dəyişdirilməsini, düşmənə könüllü olaraq təslim olmağı və onun tərəfində dö­yüşməyi təqdir etmir. Lakin bolşevizmin də faşizm kimi bəşəri bəla olduğunu və əsər boyu Teymur Atəşlinin faşizmin də mənfur xüsusiyyətlərini dilə gətirməsi, ey­ni zamanda bolşevizmlə mübarizəni vətənin istiqlalı uğrunda mücadilə hesab et­mə­si, müəllifin fikir və əməlləri ətrafında daha dərindən düşünməyə müəyyən əsaslar ve­rir. İkinci Dünya Müharibəsinin başlanması ilə for­ma­laşan Azərbaycan le­gi­on­la­rı çətin şəraitdə olmalarına baxmayaraq, Azərbaycan is­tiqlalı, milli müstəqillik mə­sə­ləsini gündəliyə gətirmiş, Almaniya qələbə çalacağı təq­­dirdə ölkəmizin müs­tə­qil­lik əldə edəcəyinə inanmışlar. Məhəmməd Əmin Rə­sul­z­adənin rəhbərliyi ilə fəa­liy­yət göstərən Milli Azərbaycan Komitəsi, Əb­dür­rəh­man bəy Fətəlibəyli-Dü­dən­gins­kinin başçılığı ilə yaradılan Azərbaycan Milli Birlik Məc­lisi alman məqamlarına Azər­baycan davasının əsas məqsədini çatdırırdılar. Fik­rimizcə, Teymur Atəşli də "Sta­linqrad cəhənnəmində 95 gün döyüşən türk" xa­ti­rəsini qələmə almaqda oxu­cu­nu yalnız şahidi və iştirakçısı olduğu döyüş səh­nə­lə­ri, bombardmanları, müxtəlif ma­cəralarla tanış etməkdən ibarət deyil, eyni za­man­da və daha çox bu amansız dö­yüşlərdə Azərbaycanın istiqlalı naminə iştirak et­di­yi­n­ə inandırmaqdır.

Dram janrının özünəməxsus xüsusiyyətləri bu qəbildən olan əsərlərin mü­ha­ci­rət ədəbi irsində azlığını şərtləndirir. Təsadüfi deyil ki, haqqında bəhs etdiyimiz ki­ta­ba kimi elmi dövriyyədə dram əsərlərinin müəllifi kimi yalnız Abay Dağlının (Cə­mil İbrahim oğlu Ağayev-1906, Şuşa-1975, İstanbul) adı çəkilirdi. T.Atəşlinin ki­taba daxil edilmiş "Tuzaq" (Biz də məhv olduq) adlı bir pərdə beş səhnədən iba­rət pyesi mühacirət ədəbiyyatında, həm nadir dram nümunələrindən biri kimi, həm də sovet-stalin rejiminin və kommunist ideologiyasının aman­sız­lı­ğı­nı, qəddarlığını if­ş­a etmək, eyni zamanda bu quruluşun çürüklüyünü, insanların dü­şün­cəsinə, ailə mü­­nasibətlərinə, mənəvi dünyasına vurduğu zərbələri göstərmək ba­xımından ma­raq doğurur. Pyesin ideya, süjet və məzmunu Ceyhun Hacıbəylinin ötən əsrin 50-ci il­lərində fransız dilində qələmə aldığı və Mirzəbala Əmrahovun dilimizə uğurla tər­cümə etdiyi "Müəzzinin lənəti" hekayəsini xatırladır. Hekayədə bol­şevik təb­li­ğa­tının, Lenin, Stalin yolunun qurbanına çevrilən müəzzinin oğlu Fər­­had ateizmlə bağ­lı tədbirdə dini və ailə dəyərlərini ayaqlar altına alaraq hay-küy­lü çıxış edir və is­lamı bəşəriyyətə qarşı ağlasığmaz cinayətlərdə suçlayır. Bütün bun­­lara dözməyən ata-müəzzin dözmür və oğlunu lənətləyir: "- Ay bala! - mü­əz­zin püskürürdü, - səni gö­rüm qisası yerdə qoymayan Allahın və cəmi mü­qəd­dəs­lə­rin qəzəbinə gələsən! Di­lin qurusun! Səsin həmişəlik tutulsun! Cəhənnəm odu cə­sə­­dinizi yesin, ey in­san­lar, ey allahsızlar! Başınıza daş tökülsün! Evlərinizdə bay­quş­lar ulasın! Anan mə­lə­sin, ay bala! Görüm it kimi qudurub öz sümüklərinizi ye­yəsiniz!..". Atanın qəzəbli söz­lərindən az sonra ildırım məscidin minarəsini vurur, çat­layan minarədən daş par­çası Fərhadın başını əzir və "oğlunun başı atanın bat­mış sinəsinin üstünə dü­şür". Pyesdə də Leninin heykəli qarşısında and içən Aydın yo­l­unu azmışdır, o da Fər­hadın acı taleyini yaşayır. Onun anası insanları dəstə-dəs­tə Sibirə sürən, təqib, təh­did və edam edən hökumət və partiya əleyhinə hid­dət­l­ə danışır. Aydın anasının söy­lədiklərini lazımi yerlərə xəbər verəcəyi ilə hə­də­lə­yir. Pyesin finalı da yuxarıda adı çəkilən hekayənin sonluğunu xatırladır: Rejimə qar­şı çıxan Akif, oğlu Aydını sat­qınlığına görə güllələyir...

Kitaba daxil edilmiş "Azərbaycanın böyük hürriyyət şairi Hüseyn Cavid", "Cə­­fər Cabbarlı", "Milli azəri şairi Mikayıl Müşfiq" kimi yazılar T.Atəşlinin ədə­bi-nəzəri görüşlərinin, ədəbiyyatşünaslıq problemlərinə marağının, "Azərbaycada ye­­­tişən 19-cu əsrin eşsiz qəhrəmanı Cavad xan" adlı publisistik məqaləsi mü­ha­ci­rin qəhrəmanlıq tariximizə ehtiramının gözəl nümunəsidir.

Sonda T.Atəşli irsinin toplanılması, tədqiqi və "Seçilmiş əsərləri"nin nə­ş­­rinin əhəmiyyət və aktuallığı barədə fikirlərimizi yekunlaşdıraraq bu qənaətə gə­lirik ki;

- Ədəbiyyat tarximizin və ədəbi-mədəni irsimizin tam, dərindən və hərtərəfli

öy­­rənilməsi mühacirət irsinin, o cümlədən Teymur Atəşlinin həyat və ya­ra­dı­c­ıl­ı­ğı­nın da araşdırılmasını tələb edir;

- T.Atəşlinin bədii-publisisistik irsi onun həyat və yaradıcılığı, əsərlərinin ideya-məzmunu, sənətkarlıq məsələləri haqqında elmi-nəzəri fikirlər irəli sürməyə  imkan verir;

- "Teymur Atəşli. Seçilmiş əsərləri"nin nəşri mühacirət irsinin toplanılması,araşdırılması bu istiqamətdə həyata keçirilən tədbirlərin daha səmərəli icrası üçün zən­gin təcrübə və örnəkdir;

Kitab T.Atəşli irsi haqqında araşdırmalar aparan gənc tədqiqatçılar, mü­ha­­ci­rət­şünas alimlər üçün yeni və faydalı mənbə, geniş oxucu kütləsində böyük maraq doğuracaq diqqətəlayiq nəşrdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31