Trampın administrasiyasının mövqeyi bütün amerikalıların Ukrayna ilə bağlı fikirlərini əks etdirmir - Levin
21:03 DünyaABŞ Prezidenti Donald Trampın administrasiyasının mövqeyi bütün amerikalıların Ukrayna ilə bağlı fikirlərini əks etdirmir və Konqresdəki bir çox insan Kiyevi dəstəkləməyə davam edir.
Olaylar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Levin bildirib.
O, ABŞ Nümayəndələr Palatasının üzvlərinin əksəriyyətinin Ukraynanı dəstəklədiyini, bunu Senat haqqında deməyin mümkün olmadığını qeyd edib. Levin, həmçinin ABŞ-ın vitse-prezidenti J.D. Vensin Kiyevə birbaşa Amerika silah təchizatının dayandırılmasının hazırkı ABŞ administrasiyasının əsas nailiyyətlərindən biri olduğunu bildirən mövqeyini də qınayıb.
"Vitse-prezident bütün amerikalıların adından danışmır. Konqresin geniş ideoloji spektri var. Mənim ukraynalılara mesajım budur: bu administrasiya hər bir amerikalının fikirlərini təmsil etmir", - deyə o qeyd edib.
Levin həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın yanaşmaları son 80 ildə Amerikanı dünyada güclü lider edən şeylərin çoxuna ziddir.