“Al-Bayan” qəzetində “Eurovision-2012” müsabiqəsinə həsr olunmuş məqalə dərc olunub
23 Aprel 2012 17:37 MədəniyyətBirləşmiş Ərəb Əmirliklərində nəşr edilən və Dubay hökumətinin rəsmi orqanı olan "Al-Bayan" qəzetində may ayında Bakı şəhərində keçiriləcək "Eurovison-2012" beynəlxalq mahnı müsabiqəsinə həsr olunmuş məqalə dərc olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, məqalədə BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun Dubayda keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərə istinad olunaraq Bakıda "Eurovision-2012" mahnı yarışmasında 42 ölkənin iştirak edəcəyi qeyd edilib. BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti tərəfindən "Bütün musiqisevərləri Azərbaycana dəvət edirik" adlı kampaniyanın keçirildiyini qeyd edən müəllif Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsinin yüksək səviyyədə təşkil olunmasında Heydər Əliyev Fondunun mühüm rol oynadığını qeyd edib. Müəllif "Eurovision-2012" mahnı yarışmasının təbliğat kampaniyası çərçivəsində dərin tarixi köklərə malik Sınıqqala minarəsi, Şirvanşahlar Sarayı və Qız Qalası kimi tarixi abidələrin də diqqət mərkəzində saxlanıldığını qeyd edərək "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanova istinadən bu ilki "Eurovision" mahnı yarışmasının bu beynəlxalq müsabiqənin tarixində ən möhtəşəmi olacağını vurğulayıb.