Aysel Əlizadə yenidən səhnəyə qayıdır
18 Aprel 2012 13:31 MədəniyyətVaxtilə şou-biznesin tanınmış simalarından olan, sonra birdən-birə səhnədən getmək qərarını verən müğənni Aysel Əlizadə yenidən səhnəyə qayıdıb. "OLAYLAR"xəbər verir ki, müğənni bu dəfə daha iddialıdır. "Sənətimə fasilə verən zaman anladım ki, yenidən oxumaq istəyirəm. Ona görə də səhnəyə, şou-biznesə yenidən qatıldım". Aysel Əlizadənin fikrincə, tamaşaçının zövqü dəyişib. "Şou nə qədər parlaqlığı ilə göz qamaşdırsa da, müğənni üçün vacib olan səsdir. Səsi də göstərməkdən əvvəl onu püxtələşdirməlisən. Mən Bülbül adına orta ixtisas musiqi məktəbində aldığım musiqi təhsilini Azərbaycan Milli Konservatoriyasında davam etdirdim.
Bir şeyə sevinirəm ki, sənətdə olmadığım illərdə, qazancımın biri ali təhsilim olub. Bu gün müğənni konsertdən, klipdən əvvəl özünü mahnısı ilə təsdiqləməli, gündəmə gətirməlidir. Mahnısı yaxşı olmayanın konsertinə gələn, klipinə baxan çox olmaz. Mənim əsas hədəfim budur. Ona görə də, özümə sanballı repertuar qururam. Klipim, diskim, konsertim mütləq olacaq. Amma yenidən qayıdış edən biri olaraq özümü dəyişən publikaya təsdiqləməliyəm. Hələ ki, ilkin mərhələdə unu bacarmışam".