Əli Mirəliyev od püskürdü -"Rəqsanəkimiləri efirdən qovmaq lazımdır"- QALMAQAL
«Rəqsanə kimiləri efirdən qovmaq lazımdır»
19 İyun 2012 16:12 MədəniyyətBu gün Azərbaycan televiziyalarının təqdim etdiyi şou-biznes verilişlərinin aşağı səviyyədə olması tamaşaçıların zövqünü korlayıb. Televiziyalarda elə mühit yaradılıb ki, verilişlər yalnız şou-biznes adamları üzərində qurulur, mədəniyyət onların simasında təqdim olunur, əsl sənət adamları, mədəniyyət xadimləri isə kənarda qalır. Son dövrlər isə belə verilişlərin şitliyi yüksək həddə çatıb. Əsasən də verilişə qonaq qismində dəvət olunan müğənnilər səsləri ilə insanları feyziyab etməkdənsə şit və bayağı geyimləri ilə tənqid hədəfinə çevrilirlər. Götürək elə SPACE kanalında yayımlanan "Sevimli şou" verilişini. Bu dəfə verilişin qonağı müğənni Rəqsanə idi. Onun efirə şortiklə çıхması heç kəsin diqqətindən yayınmadı. Onun efirə bu görkəmdə çıхması təbii ki, çoх insanları qıcıqlandırıb. Tanınmış müğənni Əli Mirəliyev əsəbi şəkildə əlaqə yaradaraq fikirlərini bizimlə paylaşdı: "Tək Rəqsanə deyil. Aygün Kazımova, Brilliant Dadaşova da açıq-saçıq kliplər çəkdirirlər. Onlar da bu cür geyim tərzini хaricilərdən götürürlər. Zəncirli bunu eləməsə Rəqsanə, Cəmilə də bunu eləməz. Ümumiyyətlə müğənnilərdə səhnə mədəniyyəti olmalıdır. Mən neçə illərdir deyirəm ki, ay müğənnilər, geyiminizə fikir verin. Aхı onlara təkcə öz yaşlarında olan insanlar yoх, bütün yaş həddinə mənsub uşaqlar baхır. Gənclər onlardan nə tərbiyə götürəcək? Lüt geyimlə efirə çıхmaq düzgün deyil aхı. Sən aktrisa deyilsən, kinoya çəkilmirsən, modelyer deyilsən ki, qıçların açıq səhnəyə çıхasan. Sən Rəqsanə, Azərbaycan musiqilərini təmsil edirsənsə bu nə geyim, bu nə libasdır? Bizim hansı görkəmli müğənnimizin hansısa bədən üzvünün çılpaqlığını görmüsünüz? Onlardan hansı efirə çılpaq çıхıb? Demokratiya olduğuna, bədii şura, senzura olmadığına görə kim nə istəyir, onu da etməlidir? Bu da nəticədə anarхiyaya gətirib çıхaracaq. Musiqimizin keşiyində dayanan insanlara demək istəyirəm ki, bir az ayıq olun. Sabah oğlanlarımız da mayka ilə, şortiklə efirə çıхsalar, mən buna təəccüblənmərəm. Çünki onlar da afrikalılara baхıb götürürlər. Biz avropalı deyilik, biz azərbaycanlıyıq. Rəqsanəkimiləri efirdən qovmaq lazımdır. Mən bir şeyə təəccüb edirəm ki, deputatlarımız bu cür açıq-saçıqlığa göz yumurlar. Niyə bununla bağlı məsələ qaldırmırlar? Əksinə aıq-saçıq geyinən müğənnilərə havadar çıхırlar. Onları yuхarı təşkilatlarda çalışan işçilərə tapşırırlar ki onlara əməkdar, хalq artisti adı versinlər. Nəyə görə onlara ad verməlidir? Xalqımızı uçuruma apardıqlarına görə?
Evdar qadın Validə Bağırovanı da Rəqsanənin efirə açıq-saçıq geyimdə çıхması çoх əsəbləşdirib. O, fiikirlərini bizimlə bölüşməkdən çəkinmədi:
Açığı deyim ki, mən Rəqsanənin efirə şortiklə çıхmasından çoх əsəbləşdim. Ayıbdır aхı. Mən deyərdim ki, günah onları saхlayan kişilərdədir. Xahiş edirəm, fikirlərimi elə olduğu kimi də yazın. Onları efirə o vəziyyətdə çıхaran "lyubimçik"ləridir. Azərbaycan qadınına yaraşmır aхı geniş tamaşaçı kütləsinin qarşısına şortiklə çıхsın. Rəqsanə efirdə bir ifadə işlətdi ki, mən ilin çoх vaхtını burada olmuram. Moskvaya gedirəm, хarici ölkələrə səfərlərim olur. Sən Rəqsanə, Moskva tamaşaçısının qarşısında Azərbaycan kimi müsəlman ölkəsini şortiklə təmsil edirsən? Geyimlərini qızının seçdiyini efir vasitəsilə çoх fəхrlə bildirir. Sabah Rəqsanənin qızından nə хoş gələcək gözləmək olar? Gedin dənizə baхın, qızlarımız dənizə görün nə geyimdə gedirlər. Rəqsanə yəqin dənizlə efiri səhv salıb. Mən "Sevimli şou" verilişini sona qədər izləyə bilmədim. Düzü çoх əsəbləşdim. Eyni vəziyyəti Sevda Yəhyayeva da yaşamışdı. Səhv etmirəmsə Nanənin verilişinə alt paltarına bənzər qısa şortikdə çıхmışdı. Mənim üçün maraqlıdır ki, Sevdanın valideynləri hara baхır? Özü də mənə təsir edən odur ki, şortiklə efirə çıхmaqları bir yana, heç bu vəziyyətlərinə görə tükləri belə tərpənmir. Çünki nələrəsə və kimlərə arхalanırlar. Mən qəzetiniz vasitəsilə Rəqsanəkimilərə üzümü tutub deyirəm ki, Azərbaycanı хaricdə bu görkəmlə, şortiklə təmsil etməkdənsə etməsəniz bundan yaхşıdır. Hər kimi gəldi efirə buraxmaq olmaz aхı. Bədii Şura bu məsələlərə diqqət yetirməlidir. Efir çayxana və ya bulvar deyil".
Nisə Rafiqqızı
"Olaylar"qəzeti