Gürcü mənşəli Azərbaycan vətəndaşının 60 yaşı Muğam teatrında keçirilib

Muğam teatrında Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun təşəbbüsü və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin və SOCAR Georgia şirkətinin  təşkilatçılığı ilə Azərbaycan vətəndaşı, gürcü mənşəli şairə, publisist, tərcüməçi və jurnalist Anna Bartkulaşvilinin 60 illik yubileyi münasibətilə ədəbi-bədii, musiqili gecə keçirilib. Tədbirdə Gürcüstan və İraqdan gələn böyük nümayəndə heyətləri də iştirak edib.
"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva  yubiliyara həm Azərbaycan, həm də Gürcüstanın ortaq qızı, şairəsi, publisisti , tərcüməçisi və yazarı olduğunu bildirib: "Anna xanım Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrin inkişafında gözəl işlər görüb və öz yaradıcılıq töhvələrini verib". Millət vəkili Qənirə Paşayeva Anna xanıma mükafatları təqdim edib. O, bildirdi ki, yaxın günlərdə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin və SOCAR Georgia şirkətinin dəstəyi ilə Anna xanımın şeirlər, məqalələrinin toplandığı kitab da işıq üzü görəcək.
Əməkdar artist Tünzalə Ağayeva və Manana mahnı oxuyub, Anna xanım öz ifasında həm Gürcü, həm də Azərbaycan dilində olan şeirlərini qonaqlara təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31