Aygün Kazımova çadra geyindi
19 İyun 2012 14:49 MədəniyyətXalq artisti Aygün Kazımovanın yeni fotosu ortaya çıxıb. Lent.az-ın məlumatına görə, foto müğənninin fanatları tərəfindən sosial şəbəkədə onun adına açılan səhifəyə yerləşdirilib. Fotoda xalq artisti başına qara çadra örtüb. Şəkilin nə zaman çəkildiyi məlum olmasa da, müğənninin gənclik illərinə təsadüf etdiyi açıq-aydın görünür.İstifadəçilərin şəklə münasibəti də birmənalı qarşılanmayıb. Belə ki, bəziləri çadranın müğənniyə yaraşmadığını deyib. Onlar xalq artistinin açıq geyimdəki halını daha çox bəyəndiklərini söyləyib. İstifadəçilərin bəziləri bunu dini baxımdan yüksək qiymətləndirsə də, bir qismi etiraz edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31