Səsləyən sənədlər
Hər dəfə yolum İstanbula düşəndə baş çəkdiyim məkanlardan biri Osmanlı Dövlət Arxivi olmuşdur. Burada saxlanılan 100 milyona (!) yaxın tarixi sənədin, mübaliğəsiz deyirəm, minlərlə ədədi Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlıdır
27 İyul 2021 11:22 MədəniyyətHər dəfə yolum İstanbula düşəndə baş çəkdiyim məkanlardan biri Osmanlı Dövlət Arxivi olmuşdur. Burada saxlanılan 100 milyona (!) yaxın tarixi sənədin, mübaliğəsiz deyirəm, minlərlə ədədi Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlıdır. Arxivin əməkdaşları həmin sənədlərin xeyli hissəsini elektron katolaqlaşdırmışlar. Türkiyə arxivi Azərbaycan Respublikasınnın Milli Arxiv İdarəsi ilə sıx əməkdaşlıq edir. Lakin sahə tədqiqatçılarımız nədənsə, bu arxivə nadir hallarda müraciət edirlər. Arxivin rəhbərliyi ilə söhbət zamanı onlar da bu faktı təəssüflə qeyd etdilər. Halbuki, Osmanlı Dövlət Arxivində Azərbaycanla bağlı saxlanılan sənədlər xalqımızın ədəbi-mədəni, ictimai-siyasi həyatını öyrənmək və dəyərləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, eyni fikri Gürcüstan Dövlət Arxivində mühafizə edilən çoxsaylı arxiv sənədlərinə də şamil etmək olar....
Osmanlı Dövlət Arxivində hazırlanan sənədlər məcmuəsi misilsiz əhəmiyyət daşıyır. Onlardan bəzilərinin adını çəkmək istərdik. Munir Sürəyya bəy. "Erməni məsələsinin siyasi tarixçəsi (1877-1914), Ankara, 2001, 1079 səh.; "Osmanlı bəlgələrində Qarabag", İstanbul, 2009, 660 səh; "Osmanlı bəlgələrində Naxçıvan", İstanbul 2011, 568 səh.




