"İnternet kanalları daha azaddır və ona görə də cəlbedici gəlir"

Aktrisa Elçin Sanqu efirə qayıtmaq qərarına gəlib.

Olaylar.az axşam.az-a istinadən bildirir ki, "Medyapım"ın sahibi Fatih Aksoyla bir araya gələn aktrisa maraqlı bir layihə üçün razılığa gəlib.

Şirkətdən çıxarkən obyektivlərə tuş gələn Sanqu "Reytinqlərə görə efirdən uzaqlaşdınız" sualına "reytinq narahatlığım yoxdur. Sərbəstlik tərəfdən düşünsək, internet kanalları daha azaddır və ona görə də cəlbedici gəlir" cavabını verib.

O, bir serial üçün şirkətlə razılaşdıqlarını etiraf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31