Türkiyəyə istirahətə gedən müğənni koronavirusa yoluxdu: Oteldə karantinə alındı
13 İyul 2021 14:10 MədəniyyətTürkiyəyə istirahətə gedən tanınmış müğənni Çinarə Məlikzadənin koronavirus testi pozitiv çıxıb.
Bu haqda müğənni özü məlumat verib.
O bildirib ki, Türkiyənin Marmaris şəhərinə istirahətə yollanıb və orada koronavirusa yoluxub: "İyun ayının 28-i istirahət üçün Marmarisə gəldim, ayın 5-i Bakıya dönməli idim. Uçuşa 1 gün qala koronavirus testi verdim və testin nəticəsi pozitiv çıxdı. Bu səbəbdən də 8 gündür ki, oteldə karantindəyəm".
Müğənni özünü yaxşı hiss etdiyini deyib: "Pozitiv çıxandan sonra 2 dəfə test vermişəm və nəticə neqativ olub. Özümü yaxşı hiss edirəm. Ancaq Türkiyə qanunlarına görə hələ bir neçə gün də karantində qalmalıyam. Bu gün yenidən test götürəcəklər".



azxeber.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31