"Konsulla görüşdüm, tezliklə Şuşaya gedəcəm" - VİDEO

Türkiyəli müğənni Sinan Akçıl tezliklə Şuşaya gedəcəyini bildirib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Haber Global"da yayımlanan "Koltuk" verilişində danışıb:

"Bu yaxınlarda Azərbaycanın İstanbuldakı baş konsulu ilə görüşdüm. Çox dəyərli bir xanımdır. Artıq bütün planlar hazırlanır, söz olaraq qalmayacaq. Azərbaycanda böyük bir sevgi var. Müğənnilər adətən "Bakıda 3 qatını qazanıb, qayıdarıq" düşüncəsi ilə yanaşırlar. Amma mən oranı torpaq olaraq sevirəm. Çünki çox dəyər verirlər. Duyğuları böyük olan insanlar kimi gəlir mənə. Şuşaya gedib Səidə Quliyeva ilə duet oxuduğumuz "Daima yaşa Azərbaycan" mahnısını səsləndirəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31