Firuzə İbadovanın qardaşı oğlu müharibədə itkin düşüb
6 İyul 2021 17:00 Mədəniyyət"Bilirsiz ki, bizim evdə kişi xeylağı yoxdur. Hərdən deyirlər ki, sizin ev elə bil qadın pansionatıdır. Mənim anam həm ananı, həm atanı əvəz edirdi. Lənkərandan bütün qohumlar, dostlar, tanışlar - hamı dəstək oldu. Kişisiz ev idi, qoymadılar "necə edim, nə edim?!", - deyə düşünüm".
Olaylar.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Söhbət var" verilişində deyib.
Bu ilin martında anasını itirən ifaçı qardaşı oğlunun İkinci Vətən müharibəsində itkin düşdüyünü açıqlayıb:
"Anam müharibə ərəfəsində çox üzüldü. Əmim nəvəsi Rauf şəhid oldu. Qardaşım oğlu itkin düşüb. Hələ də ondan səs-soraq yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31