Türkiyəli aktrisa ona təcavüz edən atasını həbs etdirdi
5 İyul 2021 14:42 MədəniyyətTürkiyənin məşhur "Sen çal kapımı" serialında çəkilən aktrisa Melisa Döngel atasını məhkəməyə verib.
Olaylar.az BAKU.WS-ə istinadən xəbər verir ki, buna səbəb atasının onu cinsi istismara məruz qoymasıdır.
Aktrisanın şikayətindən sonra atası tutularaq həbs olunub. Anası Döngelin 17 yaşlı bacısına baxmaq istəmədiyini söyləyib. Bundan sonra atası övladının ona verilməsini tələb edib.
Lakin Melisa "Atam bacıma da mənə etdiklərini edəcək, onu heç kimə vermirəm" deyə atasının bu istəyini rədd edib.
Atasının təcavüzə məruz qalan aktrisa yaşadığı travmaya görə psixoloji müalicə aldığını da etiraf edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31