Şeyma Subaşı misirli sevgilisi Məhəmməd Alsalussi ilə barışıb?
5 İyul 2021 11:27 MədəniyyətOlaylar.az türk mediasına istinadən bildirir ki, bətnindəki körpəsini itirdiyini və daha sonra misirli sevgilisi Məhəmməd Alsaloussi ilə ayrıldığını elan edən Şeyma Subaşının son postundakı üzüyü diqqət çəkib. Belə ki, bikinidə rəqs etdiyi videonu İnstagram hesabında paylaşan Şeyma Subaşının barmağındakı üzüyü kameraya göstərmək üçün səy göstərdiyi diqqəti çəkib.Ş.Şubaşı bu paylaşımı ilə cütlüyün barışdığı iddialarını gündəmə gətirib. Bir müddət əvvəl isə Ş.Subaşı evlənməyə hazırlaşdığı Məhəmməd Alsaloussi ilə ayrıldığinı və körpəsini abort etdirdiyini bildirərək diqqəti cəlb etmişdi..
Bir zamanlar Şeyma Subaşına jestləri və hədiyyələri ilə məşhurlaşan Məhəmməd Alsaloussinin qeyri-səmimi,hədiyyələrinin və üzüyünün isə saxta olduğu da deyilirdi.