Lalə Azərtaş səssizliyini pozdu: "Bu cür də qiymətləndirməliydi" - FOTO

"Təbii ki, diqqətlə qulaq asanlar bu cür də qiymətləndirilməliydi. Təşəkkürlər".
Olaylar.az xəbər verir ki, aparıcı Lalə Azərtaş bu sözləri bir izləyicisinin dəstək mesajı ilə bağlı deyib.

Həmin dəstək mesajında bu işdə bir tərslik olduğu, aparıcının hər zaman xalqın sözlərini çatdırdığı kimi cümlələr qeyd edilmişdi.

Xatırladaq ki, Lalə Azərtaşın qazın qiymətinin artırılması ilə bağlı efirdə söylədikləri vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə tənqid edilən xanım aparıcı bu sözləri söyləmişdi:

"İndi soruşuram, qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir. Gecə edərsiniz bütün bunları ki, ağzınız kimi cibiniz də dada gəlsin".


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31