"Golden Palm Awards" qala gecəsinin aparıcısı Türkiyənin məşhur aktrisası olacaq
25 İyun 2021 14:57 Mədəniyyət30 iyun tarixində "Four Seasons Baku" otelində keçiriləcək "Golden Palm Awards" qala gecəsinin aparıcısı bəlli olub.
Olaylar.az xəbər verir ki, qala gecəsinin aparıcısı Türkiyənin tanınmış modeli, aktrisası Özge Ulusoy olacaq.
Özge Ulusoy 2003-cü ildə "Miss Turkey" gözəllik müsabiqəsinin finalisti olub. 2006-cı ildə isə özünü televiziyada aktrisa qismində sınayıb. Nəticəsi uğurlu olduğundan ölkənin parlaq kino və televiziya simalarından birinə çevrilib. Kinodebütünü 2011-ci ildə gerçəkləşdirib. "Müqəddəs şüşəqab 3: Drakula" komediyasına çəkilib.
Qeyd edək ki, "Reputation Inc" və "Big Creative" şirkəti tərəfindən reallaşacaq 8-ci "Golden Palm Awards" paytaxtımızda ilk dəfə olaraq keçiriləcək. Bundan öncəki mükafatlandırma mərasiminin 7-si Türkiyədə keçirilib və böyük marağa səbəb olub. metbuat.az