“Yahşi Cazibə”nin qərəzli sonluğunun səbəbləri məlum oldu

“Cazibə”obrazı erməni diasporunun sifarişi ilə aşağılanıb

Türkiyədə yayımlanan və Azərbaycanda böyük tamaşaçı auditoriyası qazanan "Yahşi Cazibə" serialının finalında Azərbaycan qadını obrazının fırıldaqçı kimi təqdim edilməsinin səbəbi üzə çıxır. "OLAYLAR"ın Türkiyədəki mənbədən aldığı məlumata görə, filmin bu sonluqla bitməsində erməni barmağı olub. Belə ki, əvvəlcə filmin əsas qəhrəmanı olan Cazibə Abbasova obrazı sosial şəbəkədə azərbaycanlıların təpkisindən sonra qeyrətli və ailəcanlı Azərbaycan qadını kimi təqdim edilsə də, ssenarist sonda əvvəlcədən götürdüyü sifarişi yerinə yetirib. Araşdırmalar zamanı məlum olub ki, filmin ssenari müəllifi erməni əsillidir və buna görə də o həmin ssenarinin yazılmasında erməni diasporasından dəstək alıb. Filmdəki Simgə obrazı da məhz ermənilərin sifarişi ilə yaradılıb. Simgənin sonda Kamalla evlənməsi, bu obrazın guya ailəyə sadiq qadın olması da erməni sifarişidir. Mənbə deyir ki, erməni əsilli ssenarist Gani Müjden filmin bu sonluqla bitməsinə görə erməni diasporasından külli miqdarda pul alıb. Aldığı pula görə də məhz sonda Cazibə Abbasova obrazını canlandıran aktrisaya problem yaradıb ki, o bu finala çəkilməsin. Aktrisa finaldan imtina etdikdən sonra erməni əsilli Gani Müjden ermənilər qarşısında götürdüyü öhdəliyi tam yerinə yetirib. Mənbənin dediyinə görə, azərbaycanlıların sosial şəbəkədəki etirazından sonra Cazibə obrazının müsbət canlandırılması erməni diasporasını narahat edib və ssenarist və rejissor ermənilərin təpkisi ilə üzləşib. Hətta həmin ərəfədə serialın çəkilişinin dayandırılması barədə də müzakirələr aparılıb. Məsələyə Türkiyədəki məmurların müdaxiləsindən sonra Gani Müjden erməni himayədarları qarşısında öhdəlik götürməklə filmin çəkilişlərini davam etdirib.  "Eurovision 2011" Mahnı Müsabiqəsində qalib olan Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın səhnədə birinci Türkiyə bayrağını qaldırmasından sonra Türkiyənin millətçiləri serialda bu jestə cavab verilməsini serial rəhbərliyindən istəyib. Amma buna baxmayaraq Gani Müjden sonda öhdəliyi yerinə yetirmək üçün erməni obrazını qəfil müsbət simaya çevirərək Cazibə obrazını mənfi rolda təqdim edib.
Mənbə deyir ki, filmin belə sonluqla bitməsi Türkiyə vətəndaşlarının da etirazına səbəb olub. Artıq türklər də məsələ ilə bağlı serialın ssenari müəllifi və rejissorundan üzr istəməyi tələb ediblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31