Sevdanın səhhəti pisləşdi: "Ölürəm, həyatım məhv olur"
16 İyun 2021 14:47 MədəniyyətMüğənni Sevda Əliqızının səhhətində ciddi problem yaranıb.
Olaylar.az xəbər verir ki, sənətçi "Bizimləsən" proqramına müraciət edib. O, proqramdan yardım istəyib.
"Ölürəm, bilmirəm necə edim. Mənə kömək edin, qurban olum. Həyatım məhv olur, daha dözə bilmirəm" deyə, ifaçı bildirib.
Ayağında problem yaranan sənətçi bir neçə dəfə əməliyyat olunsa da, ağrılardan xilas ola bilməyib. Sevda hazırda həm ağrıdan, həm də yeriməkdə əziyyət çəkir/Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31