Türkiyəli məşhur aktrisa xəstəxanalıq oldu - FOTO

Türkiyəli məşhur aktrisa Fərəh Zeynəb Abdullah dalaşan itləri ayırarkən zədələnib.

Bir barmağı sınan, bir barmağında isə dırnağı çıxan aktrisa "Instagram" hesabından xəstəxananın liftindən foto paylaşıb.

Onun yanında musiqiçi dostu DJ Artz da olub.

Qeyd edək ki, Abdullah Türkiyənin reytinqli "Mahsumlar apartmanı" serialında İnci obrazına həyat verib. O, yolulduğunu bildirərək seraldan ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31