“Zaman xəbərsiz ötdü” - TƏQDİMAT

Sona Vəliyevanın yeni kitabı işıq üzü görüb

Filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyevanın "Zaman xəbərsiz ötdü" kitabı işıq üzü görüb. "OLAYLAR"-ın xəbərinə görə, "Qanun" nəşriyyatında çap edilən kitab Sona Vəliyevanın oxucularla növbəti görüşü olmaqla yanaşı, müəllifin yaradıcılıq hesabatıdır. Beş bölmədən ibarət kitabda respublikanın tanınmış alim və ziyalıları, yazıçı və şairləri, eləcə də millət vəkilləri, qələm əhlinin Sona Vəliyeva barədə fikirləri də əksini tapıb. Kitabda həmçinin müəllifin ölkənin kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr də yer alıb.
Kitabın "Portret cizgiləri" adlı bölmədə şairənin həyat yolu, ədəbiyyat və sənət haqqında fikirləri ilə tanış olmaq mümkündür. "Cəhrayı rəngli dünyam" bölməsinin adı isə Sona Vəliyevanın eyniadlı şeir kitabından götürülüb. Burada müxtəlif vaxtlarda qələımə aldığı şeirlər oxuculara təqdim olunur. "Arazboyu düşüncələr" bölməsində Vətən, torpaq, vətəndaş təəssübkeşliyi mövzusunda yazılmış şeirlər əksini tapıb. Eyni zamanda bu bölmədə müəllifin "Arazbarı" kitabı haqqında yazılmış məqalələr verilib.
Uzun illərdir publisistik fəaliyyətlə məşğul olan Sona xanımın ayrı-ayrı vaxtlarda qələmə aldığı seçmə məqalələri "Publisistik etüdlər" bölməsində cəmlənib. Azərbaycançılıq ideologiyası ilə bağlı müəllifin tədqiqat əsəri ilə "Alim və ictimai xadim" bölməsində tanış olmaq olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31