Aktrisa Pərvin Abıyeva əməliyyat olunub.
Olaylar.az xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, ginekoloji problemləri olduğu üçün bıçaq altına yatıb.
"Plastik yox, ginekoloji əməliyyat idi. Çox şükür, hər şey yaxşıdır" deyə, Pərvin deyib.